NATO ölkələri Ukrayna ətrafındakı vəziyyətə görə, Şərqi Avropaya gəmi və təyyarələr göndərəcək
NATO Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar, Şərqi Avropada mövcudluğunu gücləndirəcək, onun üzvləri oraya gəmi və təyyarələr köçürür.
İctimairey.az xəbər verir ki, bu barədə alyansın saytında yerləşdirilən mesajda deyilir.
“NATO müttəfiqlər qüvvələrini xəbərdar edir və Şərqi Avropadakı yerlərə əlavə gəmilər və döyüş təyyarələri göndərir, beləliklə, Rusiyanın Ukraynada və onun ətrafında davam edən qüvvələr toplaması fonunda çəkindirmə və müdafiəni gücləndirir”, – deyə məlumatda bildirilir.
Xüsusilə:
-
Danimarka Baltikyanı ölkələrə bir freqat və Litvaya dörd F-16 qırıcısı göndərir;
-
İspaniya gəmilər göndərir və Bolqarıstana döyüş təyyarələri göndərməyi düşünür;
-
Fransa qüvvələrini Rumıniyaya köçürməyə hazır olduğunu elan etdi;
-
Hollandiya Bolqarıstana iki F-35 qırıcısı göndərir və gəmi və quru qüvvələrini həyəcan vəziyyətinə gətirir;
Birləşmiş Ştatlar alyansın şərq cinahında hərbi mövcudluğunu genişləndirmək imkanlarını araşdırır.
Qeyd edək ki, son aylar qərb mətbuatı Moskvanın Ukraynaya “işğal”a hazırlığı barədə getdikcə daha çox yazır. Rusiya tərəfi dəfələrlə bunları təkzib edib və vurğulayıb ki, bu cür bəyanatlar Şimali Atlantika blokunun qoşunlarını onun sərhədləri yaxınlığında toplamaq üçün istifadə olunur.