Fatma Girik 79 yaşında dünyasını dəyişib. Girikin ölüm səbəbi ilə bağlı müalicə aldığı xəstəxanadan açıqlama verilib. İctimairey.az xəbər verir ki, bu barədə Türk mediyası məlumat yayıb.
Xəstəxanadan edilən şərhdə ölüm səbəbi ilə bağlı aşağıdakı ifadələr işlədilib;
“Türk kinosunun çinar və dəyərli aktrisası xanım Fatma Girik, Kovid 19 səbəbiylə viral pnevmoniyadan müalicə alarkən, yaranan çoxlu orqan çatışmazlığı nəticəsində dünyasını dəyişdi.
FATMA GİRİK KİMDİR?
Fatma Girik 1942-ci ilin dekabrında İstanbulda anadan olub.
Cağaloğlu Qız Liseyini bitirib. 1957-ci ildə onun ilk baş rolu rejisor və ssenarist Seyfi Havaeri tərəfindən çəkilən filmdə Leke olub. Fatma Girikin diqqətdən qaçmayacaq performansı 1960-cı ildə Memduh Ün tərəfindən çəkilmiş “Ölüm Pursuit” filmi idi. Memduh Ünlə tanışlığı Girikin həyatında dönüş nöqtələrindən biri olub.
Sonrakı illərdə siyasətə də qədəm qoyan Fatma Girik 1989-1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub. Siyasət və aktyorluqdan başqa qısa müddət ərzində televiziya ekranlarında Söz Fato adlı proqrama da aparıcılıq edib.
Fatma Girik sonuncu dəfə 2012-ci ildə yayımlanan “Atalar və oğullar” serialı ilə ekranlara çıxıb.
Allah rəhmət eləsin.