Amerikanın xüsusi təyinatlı bölməsinin hərbçiləri Donbassda təmas xəttində görünüblər.
İctimairey.az xəbər verir ki, müvafiq fotonu “Hərbi Müşahidəçi” teleqram kanalı yayıb.
“Hərbi müşahidəçi”nin ABŞ hərbçilərinin sosial şəbəkələrdən götürdüyü bütün materiallar təmas xəttində hazırlanıb.
Materiallarda Kiyevə ABŞ-dan təxminən 90 tona yaxın silah və sursat gəldiyi, onların arasında yüzə yaxın FGM-148 Javelin tank əleyhinə sistemlər və yüzlərlə ixtisaslaşdırılmış SMAW-D M141 hücum tüfəngi müşahidə edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniya iki min NLAW tank əleyhinə sistemlə yüklənmiş yeddi C-17A hərbi-nəqliyyat təyyarəsi göndəribdi. Onlarla birlikdə Xüsusi Əməliyyat Qüvvələri briqadasının yeni yaradılmış gözətçi alayının 30-a yaxın hərbçisi Ukraynaya gəlib.
Ümumilikdə, ABŞ Dövlət Departamentinin məlumatına görə, 2021-ci ildə ABŞ hökuməti Ukraynaya 650 milyon dollardan çox hərbi yardım göstərib və 2014-cü ildən bu məqsədlə ölkə 2,7 milyard dollar alıb.