Üsküdardakı Çamlıca məscidində cümə namazı qılan prezident Ərdoğan, 2017-ci ildə yayımlanan “Yaşayan Harika Bir Şey” mahnısının sözləri ilə gündəm olan Sezen Aksunu hədəf alıb. Ərdoğan, “Heç kəsin dili Adəm ağamıza çata bilməz. Lazım olanda o dilləri kəsmək bizim borcumuzdur” deyibdi.
Sənətçi Sezen Aksu 2017-ci ildə musiqiçi Yaşar Qaqa ilə birlikdə çıxardığı “Yaşamaq Harika Bir Şey” mahnısının sözləri əsasında hakimiyyətə yaxınlığı ilə tanınan insanlar və qrupların hədəfində olub. Aksunun yazdığı mahnıda “Əlamətdəyik. Qiyamətə gedirik. O cahil Həvva və Adəmə salam de…” sözləri dinə təhqir kimi şərh edilib.
Sözügedən müzakirə siyasətə sıçrayarkən; Aksuya İBB sədri Əkrəm İmamoğlu və DEVA Partiyasının sədri Əli Babacan da daxil olmaqla bir çox siyasi xadim dəstək verib.
İctimairey.az xəbər verir ki, Türk mediyasına istinadən xəbər verir ki, nəhayət, ‘Sezen Aksu’ müzakirəsinə qatılan sonuncu şəxs AKP sədri və prezident Rəcəb Tayyib Ərdoğan oldu.
Ərdoğan cümə namazını Üsküdardakı Çamlıca məscidində qılıb. Namazdan sonra, Çamlıca məscidində tikintisi davam edən İslam Mədəniyyətləri Muzeyini ziyarət edib.
Cümə namazı zamanı məscid camaatına xitabən Ərdoğan sənətçi Sezen Aksunu hədəf alıb.
Ərdoğan deyib:
“Təhqir min dollardır. Bütün bunlara qarşı dik duracaq sizsiniz. Heç kəsin dili Adəm ağamıza çata bilməz. Yeri gələndə o dilləri kəsmək bizim borcumuzdur. Həvva anamıza heç kim çata bilməz. Onlara məhdudiyyətlər qoymaq bizim borcumuzdur”.