Azərbaycan Respublikasının Baş Prokurorluğu bir nəfərin özünü yandıraraq öldürməsinə dair sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
İctimairey.azBaş Prokurorluğun mətbuat xidmətinə istinadən bildirir ki, yanvarın 19-da saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi ilə bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə edilib. Meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.
Hazırda araşdırma davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.