Qazaxıstan Səhiyyə Nazirliyi bazar günü bildirib ki, iğtişaşlar 164 nəfərin həyatına son qoyub.
İctimairey.az xəbər verir ki, bu məlumatı Qazaxıstanın teleqram kanalları yayıb.
Səhiyyə Nazirliyinin məlumatında ölkənin üç rayonu və ən böyük şəhəri göstərilib. Almatıda 103 nəfər (o cümlədən iki uşaq), Qızılorda vilayətində – 21 nəfər, Cambil vilayətində – 10, Almatı vilayətində – 8 nəfər həlak olub. Qalan 22 qurbanın hansı şəhər və rayonlara aid olduğu məlum deyil.
Qazaxıstan hakimiyyəti yanvarın 5-dən bəri ilk dəfə olaraq, qurbanlar haqqında məlumatı dərc edib. Bundan əvvəl Daxili İşlər Nazirliyinin 28 əməkdaşının və 26 “silahlı şəxsin” həlak olması barədə məlumat yayılmışdı.