Əməkdar artist Novruz Qartal Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İctimairey.az qeyd edir ki, 1947-ci ildə anadan olan aktyor, N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun “Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.
Çalışdığı illərdə Novruz Qartal özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan obrazlar yaradıb. O, cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, hospitallarda maraqlı proqramlarla çıxışlar edib, fəxri fərmanlarla təltif edilib.
Novruz Qartal 2013-cü il iyunun 25-də Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.