SON DƏQİQƏ: Tokayev terrorçuları öldürməyə çağırışını öz tvitindən silib

0

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev rəsmi Tvitter səhifəsindən respublikada keçirilən kütləvi etirazlarla bağlı iki paylaşımı silib.

Bundan əvvəl Tokayev Twitter-də ingilis dilində bir sıra yazılar yazıb və orada ölkədə baş verən hadisələrlə bağlı öz versiyasını açıqlayıb. Xüsusilə, o, etirazları təşkil olunmuş adlandırıb, 20 min “terrorçu”nun Almatıya hücumunu elan edib, həmçinin onları öldürməyə çağırıb.

İctimairey.az xəbər verir ki, bundan əvvəl – “Quldurlar və terrorçular çox yaxşı öyrədilib, təşkil edilib və xüsusi mərkəzdən idarə olunur. Onların bəziləri qazax dilini bilmir. Almatıda azı altı terror aktı dalğası baş verib, onlarda iştirakçılaarın ümumi sayı 20 min olub”, – Tokayev Twitterində  yazıb.

Qazaxıstan rəhbəri başqa bir yazısında nümayişçilərin polis və əsgərləri döyərək öldürdüyünü, inzibati binaları yandırdığını, evləri və mağazaları qarət etdiyini, vətəndaşları öldürdüyünü və qadınları zorladığını bildirib.

“Mənim əsas fikrim budur: terrorçularla danışıqlar aparılmır, biz onları öldürməliyik”, – deyə Tokayev yazıb.

Hazırda Tokayevin sosial şəbəkədəki səhifəsində belə yazılar yoxdur.

Bundan əvvəl Qazaxıstan prezidenti xəbərdarlıq etmədən terrorçuları öldürmək üçün, güllələnmə əmri verdiyini bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »