Rusiya Dövlət Dumasının deputatı, “Vahid Rusiya” partiyasının üzvü Vitali Milonov Yeni il bayramı günlərində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfər edib və orada bir sıra görüşlər keçirib.
İctimairey.az xəbər verir ki, bu barədə bu gün, yanvarın 7-də Zaqafqaziya respublikasının kütləvi informasiya vasitələri məlumat yayıb.
Qeyd olunur ki, rusiyalı deputatının bu addımı Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub.
Ölkə prezidenti İlham Əliyev bundan əvvəl “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedevə məktub göndərib və məktubda rəhbərlik etdiyi partiyanın üzvünün Azərbaycan ərazisinə qanunsuz səfəri ilə bağlı kəskin etirazını bildirib.
Yerli nəşrlər əlavə edir ki, Milonov bundan əvvəl də dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirib.
Rusiya Federasiya Şurasının dəstəyi ilə, 2020-ci ildə yaradılmış Rusiya-Ermənistan Humanitar Təşəbbüslərinin İnkişafı və Dəstəyi üzrə “İrs və Tərəqqi” Fondu dekabrın 27-də Stepanakertdə Yeni il tədbiri keçirib. Burada Dağlıq Qarabağda 44 günlük müharibə zamanı həlak olanların, yaralananların və məcburi köçkünlərin ailələrindən olan 600-ə yaxın uşaq iştirak edib.
Dövlət Dumasının deputatı Vitali Milonov tədbirin qonağı olub. O, Şaxta baba kostyumu geyinərək uşaqlara yeni il hədiyyələri təqdim edib və onlarla birgə şou proqramda iştirak edib.