Qərb mediası: Putin ultimatumu ilə ABŞ-ı alt-üst etdi

0

ABŞ hökuməti Rusiyaya qarşı apardığı təhlükəli siyasətdən məəttəl qalıb.

Bəzi hökumət rəsmiləri hesab edir ki, Moskvaya münasibətdə sərt davranmaq lazımdır, bəziləri isə əksinə, əmindirlər ki, danışıqlara başlamaq daha yaxşıdır.

İctimairey.az xəbər verir ki, Xorvatiyanın “Geopolitika.news” nəşri Amerikanın siyasi mühitindəki qeyri-müəyyənlikdən yazır.

“Qərb indi Moskvaya [ABŞ-ın təhlükəsizlik müqaviləsi layihəsinə] onu sevindirəcək şəkildə cavab vermək üçün, yol axtarır. Qərb siyasətçiləri isə, öz növbəsində ictimaiyyətin, o cümlədən beynəlxalq ictimaiyyətin gözündə zəif vəziyyətdə olduqları kimi görünməmək üçün, “üzünü xilas edə” bildilər. Xüsusilə, mütəmadi olaraq danışdıqları “əbədi ideallarına” və “dəyərlərinə” xəyanət etdiklərini göstərməmək üçün”, – deyə məqalənin müəllifi Zoran Meter açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin dəfələrlə “qırmızı xətlər” – başqa ölkələrin nümayəndələrinin keçə bilməyəcəyi sərhədlər barədə danışıb. Lakin ABŞ prezidenti Co Bayden Rusiyanın göstərdiyi “qırmızı xətləri” tanımayacağını bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya liderinin dekabrın 7-də baş tutan danışıqları istədiyimiz qədər məhsuldar olmayıb. Bunu Rusiya Federasiyası Dmitri Peskov deyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »