Sarkisyan yeni Konstitusiyanın qəbul olunacağı təqdirdə istefa edəcəyini bəyan edib

0

Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, ölkənin yeni Konstitusiyası qəbul olunarsa, istefa verəcək.

İctimairey.az xəbər verir ki, o, bu barədə “The Spectator world”ə müsahibəsində deyib. Nəşr qeyd edir ki, prezidentin dəstəklədiyi konstitusiya islahatları digər məsələlərlə yanaşı, erməni diasporu üçün “qapıların açılmasını” nəzərdə tutur.

Həmçinin qeyd olunur ki, diaspordan istedadlı ermənilərin Ermənistana cəlb edilməsi bir sıra maneələrlə üzləşir.

Nəşr yazır ki, Konstitusiya dəyişdirilərsə, yeni əsas qanun növbəti prezident seçildikdən sonra fəaliyyətə başlayacaq.

“Ermənistanın prezidenti olmaq mənim həyatımda ən böyük şərəfdir. Ancaq hörmətli olmaq üçün, bu vəzifəni tutmağa razı olmadım. Mən Ermənistana xidmət etməyə gəlmişəm. Əgər biz yeni Konstitusiya qəbul etsək, onun icrasına və ölkənin tərəqqisinə hansısa şəkildə mane olinsa, mən bu vəzifədə bir saniyə belə qalmayacağam”, – deyə prezident bildirib.

Xatırladaq ki, Armen Sarkisyan daha əvvəl dəfələrlə yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan etmişdi.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »