Bakıda evdən içərisində 150 min dollarlıq qızıl olan seyf oğurlanıb

0

Bakıda evdən içərisində pul, qızıl-zinət əyaları və qol saatları olan seyf oğurlanıb.

İctimairey.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən daxil olan  məlumata görə, hadisə Binəqədi rayonunda yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, zərərçəkən ev sahibi polisə müraciət edərək 31 dekabr – 2 yanvar tarixləri arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əyaları və 15 min manat dəyərində qol saatları olan seyfin oğurlandığını bildirib.

Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

DİN əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Murad Allahverdiyev və Uveys Məmmədov saxlanılıblar.

Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »