Belə ki, proqramlardan biri Qazaxıstanda (Support for Freedom of Association in Kazakhstan) birləşmə azadlığına dəstək adlanır. Əvvəllər ABŞ heç vaxt eyni adlı qrantlar həyata keçirməyib. Onun çərçivəsində regionlarda sərbəst toplaşmaq azadlığının dəstəklənməsi üçün, 750 min dollar ayrılıb.Layihəyə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu nəzarət edir.
Digər qrant “hüquq müdafiəçiləri şəbəkəsi”nin yaradılmasıdır. USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) bu proqramı 2021-ci ilin dekabrında maliyyələşdirib və bir məxfi şəxsə ödənilən mükafat 45,000 dollar olub.
Qazaxıstandakı iğtişaşların arxasında pullu sui-qəsdçilər aşkarlandı
Bundan əlavə, ABŞ dekabr ayında dini azadlıqların Amerika standartlarına uyğun islahatları üçün, 741 min dollar qrant ayırıb.
Qeyd olunur ki, Alma-Atada təkcə USAİD-in regionlararası ofisi yerləşmir və onun vasitəsilə Özbəkistan, Türkmənistan və Qırğızıstanda da layihələr həyata keçirilir. NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının aktiv fəaliyyət göstərən qolu olan Kazcent də orada yerləşir.