İctimairey.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən daxil olan məlumata görə, bu gün səhər saat 06:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu ərazisində Suraxanı dairəsində yanvarın 6-da Suraxanı qəsəbəsi Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə yol-nəqliyyat qəzasının baş verib. Bir vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi “Daewoo” markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə sıxılı vəziyyətdə qalmış avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.