Onu toya çağırmayan həmkarından küsdü

0

Əməkdar artist Rühəngiz Allahverdiyeva müğənni Nadir Qafarzadədən küsüb.

Axşam.az xəbər verir ki, buna səbəb Nadirin onu oğlunun toyuna çağırmaması olub.

Bu haqda Qafarzadə özü deyib. O bildirib ki, əslində R.Allahverdiyevanı məclisə dəvət edib:

“İlk çağırdığım sənət adamlarından olub. 2 ay əvvəl ona yazmışam. Hətta “WhatsApp”dan göndərmişdim. Oxumayıb. Özünə dedim ki, məndən küsməyin, gedin mesajımı oxuyun. Mənim müəllimim olub, necə dəvət etməyə bilərəm?”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »