Xüsusi yaradılmış hökumət komissiyası Qərbi Qazaxıstanda etirazçılara qazın qiymətini aşağı salmağa söz verib.
Bundan əlavə, etirazçılara cavabdehlik daşımayacaqları ilə bağlı təminatlar verilib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çərşənbə günü, yanvarın 5-də ölkədəki vəziyyətlə bağlı iclas keçirəcək.
Qeyd edək ki, Nur-Sultanda polis maye qazın qiymətinin iki dəfə artırılmasına etiraz edən icazəsiz aksiyanın bir neçə iştirakçısını saxlayıb. Saxlanmalar ölkənin digər bölgələrində də baş verib.
İctimairey.az xəbər verir ki, yanvarın 2-də Mangistau vilayətinin Janaozen şəhərində avtomobil sahiblərinin başladığı etirazlar bütün ölkəyə yayılıb. Əvvəlcə etirazçılar yanvarın 1-dən litri 60 təngədən 120 təngəyə qalxan maye qazın qiymətinin aşağı salınmasını tələb ediblər. Sosial şəbəkələrdə yayılan məlumata görə, bu gün, yanvarın 4-də artıq Qazaxıstanın 8 rayonunda etiraz aksiyaları keçirilir.