SƏBƏBİ? NATO ölkələri RUSİYAYA görə təcili toplantıya gedir

0

NATO xarici işlər nazirliklərinin (XİN) rəhbərləri fövqəladə videokonfransda Rusiyanın Avropa təhlükəsizliyi ilə bağlı tələblərini müzakirə edəcəklər. Alyansdan bildirilib ki, danışıqlar yanvarın 7-də aparılacaq

“Cümə günü, yanvarın 7-də NATO xarici işlər nazirlərinin növbədənkənar virtual görüşü keçiriləcək. Onlar Rusiyanın Ukrayna və onun ətrafında hərbi güclənməsini və daha geniş Avropa təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər”,

İctimairey.az xəbər verir ki, bu barədə  NATO-nun sözçüsü Oana Lungesku Twitter səhifəsində bildirib.

Rusiya Xarici İşlər Nazirliyi NATO ölkələrinə təhlükəsizlik tədbirləri ilə bağlı razılaşma təklif edib. Rusiya müqavilə tərəflərinə bir-birini rəqib saymamağı və nüvə silahından istifadə ssenariləri hazırlayaraq, hərbi təlimlər keçirməməyi təklif edib.  Moskva həm də NATO-nun şərqə doğru genişlənməməsini və Ukraynanın daxil olmamasını istəyir.

Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Josep Borrell Rusiyanın Avropanın şərqində alyansı genişləndirməmək tələblərini qəbuledilməz adlandırıb. Milli Xəbər Xidməti xəbər verir ki, yanvarın 10-da Rusiya və ABŞ təhlükəsizliklə bağlı danışıqlar aparacaq.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »