İran prezidenti İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında regional sülh məsələləri ilə bağlı telefon danışığı olub.
İran prezidenti İbrahim Rəisi və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığında regional hadisələri müzakirə ediblər.
İran Rəyasət Heyətindən verilən açıqlamada bildirilib ki, Rəisi və Paşinyan Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri və sülh danışıqlarını müzakirə ediblər.
Rəis Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişindən məmnunluğunu ifadə edərək, “Ümid edirik ki, iki ölkə arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Ümid edirik ki, regionda sabitlik və təhlükəsizlik, sülhün şahidi olacağıq.
Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə də məlumat verib və bildirib ki, əməkdaşlıq sahələrini genişləndirməklə, ikitərəfli əlaqələr qurmaqla regionda sülh və əmin-amanlıq üçün mühüm addımlar ata bilərlər.