Lənkəranda 80 ailəni qazsız: Sərxoş sürücü qaz xəttini qırıb

0

Lənkəran rayon sakini Yalçın Həsənov axşam saatlarında idarə etdiyi “VAZ 2121” markalı avtomobillə rayonun Sütəmurdov kəndi ərazisində idarəetməni itirərək yoldan çıxıb və kənardan keçən qaz xətini qırıb.

İctimairey.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən daxil olan məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı təxminən 80 yaşayış evinə təbii qazın verilməsində bir neçə saatlıq fasilə yaranıb.

Qəzadan sonra, hadisə yerindən yayınan sürücü Lənkəran Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib və idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirilib.

Müvafiq tibbi müayinədən keçdikdən sonra, Y.Həsənovun sərxoş olduğu və nəqliyyat vasitəsini spirtli içki qəbul etdikdən sonra, idarə etdiyi müəyyən olunub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Y.Həsənovun bir neçə ay əvvəl də sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi dövlət yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və həmin vaxt onun barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »