Britaniya alimləri hesab edir ki, birinci qan qrupu olan insanlar koronavirusdan ən yaxşı şəkildə qorunur.
İctimairey.az-ın məlumatına görə, praktikada xəstələr arasında birinci qan qrupu olan insanlar daha az qeydə alınıb. Onlar üçün yoluxma riski qalanları ilə müqayisədə 60 faiz aşağıdır.
Eyni zamanda, elm adamları hesab edirlər ki, bu qan qrupu olan insanlar universal donor olduqları üçün, daha tez başqalarını yoluxdura bilər, lakin özləri yoluxmaz.
Qeyd edilir ki, Rusiyanın əməkdar həkimi, epidemioloq Gennadi Onişşenkonun sözlərinə görə, koronavirus pandemiyası 2022-ci ilin may ayına kimi başa çata bilər. Ancaq, bunun üçün bütün antikid tələblərinə riayət etmək və peyvənd olunmaq lazımdır.