Hadisə Binəqədi rayonunda qeydə alınıb. Xocahəsən qəsəbəsinə 1980-ci il təvəllüdlü Məlikov Rəşad Ağamalik oğlu özünə bıçaqla ağır xəsarət yetirib.
İctimairey.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən daxil olan məlumata görə, yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin kəsilmiş yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Comments are closed.