Koronavirus Pasportu: Ölkə üzrə aparılan monitorinqdə 9 nəfər şənliyə buraxılmayıb

0

Ötən gün 9 nəfər koronavirus pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İctimairey.az-a verilən məlumata görə, yanvarın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 108 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 100 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

  9 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »