Emre Sakdcı Qaziantepdə Türkiyə idman klublarının çempionatında mübarizə aparıb
İctimairey.az xəbər verir ki, Türkiyəli üzgüçü Emre Sakçı 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarında yeni dünya rekordu müəyyənləşdirib.
24 yaşlı üzgüçü Türkiyə idman klublarının Qaziantepdə keçirilən çempionatında məsafəni 24,95 saniyəyə qət edib.
Beləliklə, Sakçi qısa məsafədə 25,25 saniyə nəticə göstərən belaruslu idmançı İlya Şimanoviçin rekordunu yeniləyib.