Erməni Siyasəti: Moskva DBMİ-da erməni dili tədris olunacaq

0

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) erməni dili tədris olunacaq və ermənişünaslıq kafedrası açılacaq.

İctimairey.az xəbər verir ki, bu barədə  dekabrın 23-də Ermənistanın Moskvadakı səfirliyindən məlumat verilib.

Müvafiq sazişi bu həftə Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vardan Toqanyan və MDBMİ-nin tədris işləri üzrə prorektoru Andrey Baykov imzalayıblar.

Sənəd Rusiya universitetində erməni dilinin tədrisi prosesinin həyata keçirilməsini, ermənişünaslıq sahəsində platformanın yaradılmasını, həmçinin Ermənistan universitetləri ilə MDBMİ arasında əməkdaşlığın təşviqini nəzərdə tutur.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »