Əsl XAOS!: “RAİ” tayfun Filipində 375 nəfərin həyatına son qoyub və..

0

Aldadıcı şəkildə adlandırılan “Rai” super tayfunun Filippini vurmasından cəmi beş gün sonra, onun vurduğu zərərin miqyası aydın olub. Ən azı 375 nəfər həlak olub, 500 nəfər yaralanıb, 60-dan çox insan itkin düşüb.

 İctimairey.az mediyaya istinadən xəbər verir ki, keçən cümə axşamı Filippinin cənub-şərqindəki 9 ada tayfun tərəfindən vuruldu və cümə günü də tüğyanını davam etdirdi. Sürəti saatda 200 kilometrdən artıq olan külək güclü sürüşmə və daşqınlara səbəb olub. Yarım milyona yaxın insan evlərini tərk edərək, təhlükəsiz yerlərə sığınmağa məcbur olub. Əsl xaos! – Xilasedicilər “Rai”nin geridə qoyduğu dağıntıları belə təsvir edirlər.

Dəymiş ziyanın miqyasını hələlik dəqiq müəyyən etmək mümkün deyil – tayfunun vurduğu adalarla əlaqə yoxdur, yollar yuyulduğundan, tayfunun xaraba qoyduğu kəndlərə getmək mümkün deyil. Bir neçə min filippinli hərbçi xilasedicilərə həm əlacsız qalan insanlara, həm də vaxtilə yaşayış binaları, məktəblər və inzibati binalar olan binaları sökməkdə kömək edir. Xilasetmə əməliyyatına Filippin Hərbi Hava Qüvvələrinin aviasiyası və Sahil Mühafizəsi cəlb olunub. Filippin prezidenti Rodriqo Duterte zərər çəkmiş bölgələrə baş çəkib.
“Biz zərər çəkmiş əraziyə baxış keçirmişik və mən artıq qasırğanın fəsadlarına baxmaqdan yorulmuşam. Çünki, mən bunu hər zaman, tayfunlar baş verəndə görürəm. Xalq üçün çox təəssüflənirəm”, – Filippin prezidenti Rodriqo Duterte bildirib. .
Tayfun Filippini turizm mövsümünün ortasında vurdu. Bir sıra turistlər təcili olaraq Filippini tərk etmək istəyini bildirir və səyahət sənədləri üçün sorğu təqdim edirlər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »