Qırğızıstan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanı Bişkekdə həbs edilib.

0

Bişkekdə Hərbi Prokurorluğun əməkdaşları Qırğızıstan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanı İslambek Kenjekulovu saxlayıblar.

İctimairey.az xəbər verir ki, bu barədə mediya bu gün, dekabrın 21-də məlumat yayıb.

“Məlumdur ki, İslambek Kenjekulov Daxili Qoşunlarda pul mənimsəmə ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. O, Bişkek Baş Daxili İşlər İdarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. 48 saat ərzində onun barəsində həbs-qətimkan tədbiri seçiləcək”, – deyə məlumatda bildirilir.

Hərbi prokurorluq daha əvvəl Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının vəzifəli şəxsləri tərəfindən büdcə vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi açıb. Şəxsi heyət üçün, ərzaq və əşyaların alınmasında nəzərdə tutulan pullar qanunsuz olaraq cəbhə şirkətlərinin hesablarına köçürülərək, sonradan mənimsənilib. Dəyən ziyan 33 milyon 946 min 866 som (təxminən 690 540,00manat) təşkil edib. İş üzrə 3 təqsirləndirilən şəxs həbsdədir.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »