Özbəkistanın Fərqanə vilayətində yerli hakimiyyət orqanları məmurlar arasında sağlam həyat tərzini və düzgün qidalanmağı təbliğ etmək üçün eksperimentə başlayıb.
İctimairey.az xəbər verir ki, bu barədə 24.kg agentliyi bu gün, dekabrın 21-də məlumat yayıb.
Qurumun məlumatına görə, artıq çəkisi olan dövlət qulluqçuları itirdikləri hər kiloqrama görə maaşlarına əlavə olaraq 500 min sum (təxminən 80 manat) alacaqlar.
“Bu, Fərqanənin təcrübəsidir, onu bütün ölkədə tətbiq etmək olar. Bir məmur bir kiloqram arıqlasa, 500 min sum alacaq. Yəni, 5 kiloqram arıqlayan dövlət qulluqçusu 2,5 milyon sum alacaq” (392.512AZN), – deyə rayon rəhbəri Xayrullo Bozorov bildirib.
Xayrullo Bozorov məmurlara, eləcə də rayonun sadə sakinlərinə proqrama yerli klinikalarda qeydiyyatdan keçməyi təklif edib.