Peruda baş verən 7,3 bal gücündə zəlzələ böyük dağıntılara səbəb olub – FOTO

0

Perunun şimalında baş verən 7,3 bal gücündə zəlzələdə 220 evin dağıldığı bildirilib.

Perunun Barranka şəhərinin 45 kilometr şimalında 80 kilometr dərinlikdə baş verən 7,3 bal gücündə zəlzələdə çoxlu evin dağıldığı, 4 nəfərin yaralandığı bildirilib.

Peru Milli Mülki Müdafiə İnstitutundan verilən açıqlamada 220 evin zərər gördüyü, ziyan dəyən evlərdən 75-nin tamamilə dağıldığı, 81 evin isə yaşayış üçün yararsız hala düşdüyü bildirilib.

Zəlzələdə qəzalı vəziyyətə düşən binalar arasında 3 səhiyyə müəssisəsi, 7 ibadət yeri və bəzi şəhərlərarası yolların olduğu bildirilsə də, bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr yarandığı açıqlanıb.
Bildirilib ki, ölkədəki bir çox qurum və təşkilata bağlı qruplar təcili yardım və zərərin aradan qaldırılması üçün birgə işləri davam etdirir.

Peru prezidenti Pedro Kastilyo zəlzələdən sonrakı vəziyyəti qiymətləndirmək üçün zəlzələnin episentrinin yerləşdiyi Amazon bölgəsinə səfər edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »