ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiya ilə müharibədəki hazırkı mövqeyini tərifləyib.
Musavat.com xəbər verir ki, o, Ağ Evdə NATO baş katibi Mark Rutte ilə görüşdə Ukraynanın müharibədə yaxşı nəticələr əldə etdiyini deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin “olduqca yaxşı” işi var. Müxbirin Zelenskinin qalib gəlib-gəlməməsi ilə bağlı sualına cavab olaraq ABŞ prezidenti bildirib ki, istənilən halda Ukrayna prezidenti çox yaxşı iş görür və “əla iş görür”: “Bilirsiniz, indi onun vəziyyəti çox yaxşıdır. Hər iki tərəfdən çoxlu insan ölür, amma düşünürəm ki, o, yaxşı işlər görür”.
Qeyd edək ki, artıq bir çox ABŞ rəsmisi Ukraynanın müharibədə qalib gələ biləcəyini açıq şəkildə etiraf edir. Məsələn, ABŞ dövlət katibinin müavini Ceremi Levin münaqişənin dönüş nöqtəsinə çatdığını və Ukraynanın müharibədə qalib gəldiyi bir nöqtədə olduğunu qeyd edib.
Rubio özü əvvəllər Ukraynanın Avropada ən güclü orduya sahib olduğunu bildirib və Rusiyanın müharibədə yüksək itki verdiyini qeyd etmişdir. Müdafiə naziri Pit Heqset ukraynalıların mövqeyini qoruduğunu deyib.
Comments are closed.