NATO Rusiya PUA-larını Polşaya hücum kimi TANIMADI

NATO Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına daxil olmasını hücum kimi qiymətləndirməyib.

Musavat.сom xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Alyansdakı mənbə bildirib ki, ilkin məlumatlara görə, 6-10 rus PUA-sı qəsdən Polşa hava məkanına daxil olub.

Mənbə əlavə edib ki, bu, ilk dəfə idi ki, NATO təyyarələri müttəfiqin hava məkanında potensial təhlükəli obyektlərlə qarşılaşıb.

Bölgədə yerləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sistemləri radardan istifadə edərək PUA-ları aşkarlayıb, lakin onları vurmaq üçün istifadə edilməyib. Əməliyyata Polşanın “F-16” qırıcıları, Niderland “F-35”ləri, İtaliyanın AWACS təyyarələri və NATO-nun havada yanacaq dolduran təyyarələri cəlb olunub.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın “Şahed” tipli PUA-ları Polşanın hava məkanını pozub. Məlumata görə, orada 8 PUA olub. Bu, Rusiyanın Ukraynaya qarşı 415 PUA və 40 raketlə həyata keçirdiyi kütləvi hücum zamanı baş verib.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas (Kaja Kallas) bunu təsadüfi deyil, qəsdən Avropa hava məkanının pozulması adlandırıb. Polşanın baş naziri Donald Tusk isə hadisəni “genişmiqyaslı təxribat” kimi qiymətləndirib.

Comments are closed.

Tərcümə »