Rusiya Qərbin yaratmaq istədiyi təkqütblü düzənə qarşı sərt mövqe nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov dünyanın əksər dövlətlərinin heç kim tərəfindən onlara qayda-qanun diktə olunmasını istəmədiyini bildirib.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə balansın qorunması və çoxtərəfli əməkdaşlıq bəşəriyyətin maraqlarına daha uyğundur:
“Rusiya əmindir ki, dünyanın böyük əksəriyyəti təkqütblü sistemə qarşıdır və heç bir dövlət başqasının diktəsi ilə yaşamaq istəmir”, — deyə Peskov vurğulayıb.
Moskva hesab edir ki, hazırkı qlobal proseslər multipolyarlığın gücləndiyini və Qərbin təsir imkanlarının məhdudlaşdığını açıq şəkildə göstərir.
Comments are closed.