Tramp Çinə səfər edə bilər – Si Cinpinlə görüş planı

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfər etməyi nəzərdən keçirdiyini açıqlayıb. Tramp jurnalistlərə bildirib ki, o, yaxın günlərdə Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı aparıb və tərəflər arasında görüş məsələsi müzakirə olunub.

Tramp deyib: “Böyük ehtimalla bu il, yaxud yaxın vaxtlarda Çinə gedəcəyik. Məqsədimiz Si Cinpinlə birbaşa görüşməkdir”.

Xatırladaq ki, ötən ay Tramp bəyan etmişdi ki, Si Cinpin ona rəsmi dəvət göndərib. ABŞ-ın Fox News telekanalı məlumat verib ki, Ağ Ev rəhbəri bu səfəri iki ölkə arasında münasibətlərin hazırkı gərgin fonunda əhəmiyyətli addım hesab edir.

Ekspertlərin fikrincə, belə bir görüş həm ABŞ–Çin ticarət danışıqlarına, həm də geosiyasi balanslara təsir göstərə bilər. Çünki son illər Tayvan məsələsi, texnologiya müharibəsi və Sakit okean regionunda hərbi gərginlik Vaşinqtonla Pekin arasında ciddi böhran yaradıb.

Comments are closed.

Tərcümə »