Putinin Valdaydakı iqamətgahı ətrafında 12 ədəd HHM mövqeyi qurulub

Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı ətrafında 12 ədəd hava hücumundan müdafiə (HHM) mövqeyi yerləşdirilib. Silahların əsasən “Pantsir-S1” sistemlərinin qüllələr üzərində quraşdırıldığı qeyd olunur.

Musavat.com xəbər verir ki, bu barədə “Radio Svoboda”nın “Yandex”in yeni peyk şəkilləri və “Yandex.Zerkala” xidmətinin fotolarını təhlil edərək məlumat yayıb

Məlumata görə, Moskva və Moskva vilayəti üzrə, əhalisi 20 milyondan çox olan ərazidə ümumilikdə 60 HHM mövqeyi müəyyən edilib.

Nəşr həmçinin xatırladıb ki, Valdayda tez-tez Putinin ehtimal olunan həyat yoldaşı hesab edilən Alina Kabayeva və onların birlikdə olduğu deyilən uşaqlar vaxt keçirir. “Proekt” araşdırma layihəsi 2023-cü ildə yazmışdı ki, həmin ərazidə Kabayeva və uşaqlar üçün yeni ev inşa edilib, onun köməkçiləri isə iqamətgah yaxınlığında mənzillə təmin olunublar.

Comments are closed.

Tərcümə »