Şimali Koreya Rusiyaya əlavə hərbi qüvvə göndərə bilər.
İctimai Rəy xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirilo Budanov “The Japan Times“a verdiyi müsahibədə bildirib.
Budanovun sözlərinə görə, bu qüvvələr təxminən 6 min əsgərdən, həmçinin 50–100 ədəd texnika vahidindən ibarət olacaq.
Hərbi texnika sırasında əsas döyüş tankları M2010 (Cheonma-D) və BTR-80 zirehli transportyorları da var və onlar “mühəndis işləri aparmaq üçün” istifadə edilə bilər.
“Bəziləri həqiqətən mina təmizləmə və istehkam tikintisi ilə məşğul ola bilər, amma görək, hamısı bu işlərləmi məşğul olacaq?”, – Baş Kəşfiyyat İdarəsinin rəhbəri deyib.
Comments are closed.