Deutsche Welle: Tramp və Ərdoğan Rusiyanı Cənubi Qafqazdan sıxışdırdı

Tramp və Ərdoğan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Deutsche Welle məlumat yayıb.

“ABŞ-da Ermənistan və Azərbaycan arasında imzalanan çərçivə sazişi, I Aleksandr və I Nikolay dövründən bəri mövcud olan Rusiyanın Cənubi Qafqazdakı istisna təsirinin sona çatması deməkdir.

Bakı və İrəvan, Moskvanın iştirakı olmadan, lakin ABŞ administrasiyasının fəal vasitəçiliyi və Türkiyənin dəstəyi ilə razılaşmaların əsas parametrlərini uzlaşdırıblar. Cəmi beş–yeddi il əvvəl belə bir vəziyyəti təsəvvür etmək mümkün deyildi”,-deyə yazıda qeyd olunub.

“Hətta Ukraynaya qarşı müharibənin tam dayandırılacağı ehtimal edilsə belə, Moskva Cənubi Qafqazdakı əvvəlki mövqelərini bərpa edə bilməyəcək. Ötən həftə baş verən hadisələrdən sonra Ankaranın və müəyyən dərəcədə Vaşinqtonun Cənubi Qafqaz regionunun əsas geosiyasi oyunçularına çevrildiyi vurğulanır.

“Regionun gələcəyinə fəal şəkildə təsir göstərəcək tərəf məhz onlar olacaq, Putin isə yox”,-deyə yazıda bildirilib.

Comments are closed.

Tərcümə »