Avropa İttifaqı Rusiya Federasiyasına qarşı nəzərdə tutulan 18-ci sanksiya paketini qəbul etməkdə çətinlik çəkir və buna səbəb kimi Maltanın narazılığı göstərilir.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Saytın məlumatına əsasən, Malta nümayəndələri Avropa Komissiyasının təklif etdiyi yeni neft qiymət tavanına etiraz ediblər. Təklifə əsasən, Rusiya neftinin ixrac qiymətinə üç aylıq orta bazar qiymətindən 15% aşağı limit qoyulmalı idi.
“Reuters” agentliyi isə bildirir ki, təklif olunan qiymət limiti 47 ABŞ dolları səviyyəsində müəyyən olunub; bu, son 22 həftənin orta bazar qiymətinin 15% azaldılmış formasıdır. Yeni qiymət limiti hər altı aydan bir yenidən nəzərdən keçiriləcək. Slovakiya bu şərtlərlə razılaşıb, lakin gələcəkdə Rusiya qazının alışı ilə bağlı əlavə zəmanətlər tələb edir.
Avropa Komissiyası may ayında bəyan etmişdi ki, 18-ci sanksiya paketində Rusiya neftinin qiymət tavanı 60 dollardan 45 dollara endiriləcək. Lakin Slovakiya və Macarıstan bu təklifə qarşı çıxıb. Estoniya isə əksinə, tələb edir ki, tavan qiymət daha da endirilməsə, paketi bloklayacaq.
Comments are closed.