2020-ci il noyabrın 10-da Ermənistanın parlament və hökumət binalarında baş vermiş iğtişaşlarla əlaqədar daha 7 nəfər saxlanılıb.
Musavat.com bildirir ki, erməni mediası bununla bağlı İstintaq Komitəsinin açıqlamasında istinadən xəbər yayıb.
Məlumata görə, onlara qarşı cinayət işi başlanıb və barələrində inzibati nəzarət növündə qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verilib.
Bundan əvvəl iğtişaşların iştirakçılarından biri XİN rəhbəri Ararat Mirzoyanı (o vaxt parlamentin rəhbəri idi – red.) döydüyünə görə mühakimə olunub.
Comments are closed.