ABŞ-dən Əbu-Dabi görüşü ilə bağlı VACİB AÇIQLAMA

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasını dəstəkləyir.

Musavat.com xəbər verir ki, o bu fikri mətbuat konfransı zamanı azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun Əbu-Dabidə baş tutan Azərbaycan və Ermənistan liderlərinin görüşünə dair sualını cavablandırarkən səsləndirib.

“Birləşmiş Ştatlar Cənubi Qafqazda sabitlik və sülh istiqamətində atılan addımları müsbət qiymətləndirir. Hazırda mediada yayılan xəbərləri izləyirik, lakin əlavə məlumatımız yoxdur”, – deyə o vurğulayıb.

Temmi Bryus həmçinin ABŞ rəhbərliyinin bu məsələyə baxışını da diqqətə çatdırıb: “Prezident Tramp və dövlət katibi Marko Rubionun açıqlamaları göstərir ki, hazırkı administrasiya regional sülhün bərqərar olmasına ciddi önəm verir. Prezidentin Nazirlər Kabinetində səsləndirdiyi fikirlər də bu yanaşmanı təsdiqləyir”.

Comments are closed.

Tərcümə »