Cənubi Koreya prezidenti Şimalla birləşəcəyik dedi: Reaksiya gözləntilərdən yüksək oldu…

Koreya Respublikası sülh yolu ilə birləşməyə çalışmalıdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Li Çje Myonq deyib. Onun sözlərinə görə, Cənub və Şimal öz milli kimliyini qoruyub saxlasa, “yüz illər keçsə də birləşə bilər”: “Axı bizim konstitusiyamızda deyilir: biz birləşdirmə yox, dinc birləşməyə çalışırıq. Kim birləşdirilmək istərdi?”

Prezident qeyd edib ki, birləşdirmə cəhdi “böyük itkilərə” səbəb ola bilər: “Mümkünsə, bir-birimizin varlığını tanımalı və qarşılıqlı faydalı bir yol tutmalıyıq. 1953-cü il müharibəsindən 80 il keçir. Tarixi nöqteyi-nəzərdən bu, çox deyil. Ona görə ki, biz tədricən eyniliyimizi bərpa etsək, bir neçə yüz ildən sonra da birləşə bilərik”.

Koreya Respublikasının Prezidenti etiraf edib ki, KXDR-in sərhəddə təbliğat yayımının dayandırılmasına reaksiyası onun gözləntilərini üstələyib. Cənubi Koreya lideri səsgücləndiricilərin söndürülməsini əmr edib, Şimali Koreya isə dərhal buna öz avadanlıqlarından gələn səsi dayandırmaqla cavab verib: “Reaksiya çox sürətli oldu və gözləntiləri aşdı”.

Comments are closed.

Tərcümə »