Şimali Koreya Rusiya tərəfində Ukraynaya qarşı döyüşən hərbi kontingentini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bu barədə CNN Ukrayna kəşfiyyatına istinadla məlumat yayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, Pxenyanın hazırda Rusiyada döyüşən hərbçilərinin sayını üç dəfə artırmaq niyyəti var. 2023-cü ilin noyabrında artıq 11 min şimali koreyalı hərbçi Kursk vilayətində döyüşlərə cəlb edilmişdi.
Yeni mərhələdə isə əlavə 30 min hərbçinin yaxın aylarda Rusiyaya göndəriləcəyi qeyd olunur.
Ukrayna kəşfiyyatının dəyərləndirməsinə əsasən, bu qüvvələrin Ukraynanın işğal olunmuş ərazilərində döyüşlərə cəlb olunması, xüsusilə də genişmiqyaslı hücum əməliyyatları zamanı Rusiyanın canlı qüvvəsinin gücləndirilməsi üçün istifadə olunması ehtimalı böyükdür.
Hazırda bu məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməyib, lakin iddialar beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdədir.
Comments are closed.