Dünən axşam saatlarında Türkiyənin Ərzurum şəhərində günbatan zamanı göy üzündə qeyri-adi bir hadisə müşahidə olunub.
Şəhərin bir neçə məhəlləsində sakinlər tərəfindən qeydə alınan görüntülərdə naməlum bir göy cisminin parlaq şəkildə səmada hərəkət etdiyi görünür.
Hadisə yerli vaxtla saat 20:30 radələrində baş verib. Sosial şəbəkələrdə paylaşılan videolarda göy cismi ani olaraq parlayır və daha sonra səssizcə üfüqdə yox olur. Görüntüləri lentə alan sakinlər bunun meteor, peyk və ya başqa bir uçan obyekt ola biləcəyini ehtimal edirlər.
Hadisə ilə bağlı hələlik rəsmi bir açıqlama verilməyib. Astronomiya mütəxəssisləri görüntüləri araşdıraraq hadisənin təbiətini müəyyən etməyə çalışırlar./Milli.Az
Comments are closed.