Ərdoğan: İsrailin İrana hücumları ilə başlayan gərginlik regionun təhlükəsizliyini risk altına qoyub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığı zamanı İsrail-İran müharibəsini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti İsrailin İrana hücumları ilə başlayan gərginliyin bütün regionun təhlükəsizliyini risk altına qoyduğunu və bölgənin başqa bir müharibəyə dözə bilməyəcəyini qeyd edib.

Ərdoğan həmçinin diplomatik əlaqələr vasitəsilə münaqişələri sonlandırmaq üçün çalışdıqlarını vurğulayıb: “İranla nüvə mübahisəsinin həlli danışıqlar masasına qayıtmağı tələb edir”.

Comments are closed.

Tərcümə »