İsrailin hücumu nəticəsində İranın altı nüvə alimi həlak olub

İran KİV-lərinin məlumatına görə, bu gün İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində ölkənin nüvə proqramında çalışan altı tanınmış alim həlak olub.

Hücumlar İranın müxtəlif bölgələrində yerləşən strateji obyektlərə və elmi mərkəzlərə yönəlib.

Həlak olan nüvə alimlərinin adları aşağıdakılardır:

Abdolhəmid Minuçehr – Şəhid Bəheşti Universitetinin Nüvə Mühəndisliyi fakültəsinin dekanı

Əhmədrza Zolfəqəri – nüvə texnologiyaları üzrə baş tədqiqatçı

Seyyid Əmirhüseyn Fəqi – nüvə təhlükəsizliyi üzrə ekspert

Motəblizadə – elmi-tədqiqat müəssisəsinin rəhbəri

Məhəmməd Mehdi Təhrançi – nüvə fizikası üzrə professor

Fereydun Abbasi – İran Atom Enerjisi Təşkilatının sabiq rəhbəri və nüvə strateqiyası üzrə əsas fiqur

Bu itkilər İranın elmi və hərbi potensialı üçün ciddi zərbə hesab olunur. Hücumlar ölkə daxilində dərin rezonans doğurub və İranda cavab tədbirləri ilə bağlı gərgin müzakirələr aparılır. Rəsmi Tehran hücumları “terror aktı” adlandıraraq cavabın gecikməyəcəyini bəyan edib.\\musavat\\

Comments are closed.

Tərcümə »