ÜST-dən qorxulu açıqlama: 500 min insan ölə bilər

0

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Dr. Hans Kluqe Avropada artan koronavirusa görə tənqidi açıqlamalar verib.

ÜST-nin Avropa regionu üzrə yüksək vəzifəlisi Kluqe, mətbuat şərhində 53 Avropa ölkəsində yayılma sürətinin “olduqca həyəcanverici” olduğunu və Delta variantına görə yeni halların sayının rekord səviyyəyə çatdığını bildirib.

Kluqe bu şəkildə davam edərsə, fevral ayına qədər Avropada daha 500 min insanın koronavirus səbəbiylə ölə biləcəyini söyləyibdi.

Kluqe, “Bizim Covid-19 hadisələrinin artması ilə mübarizə aparmaq taktikamızı, ilk növbədə onların baş verməsinin qarşısını almaq üçün dəyişdirməliyik” deyib.

Avropada yeni yoluxma hallarının sayı ötən həftənin əvvəlki həftəsi ilə müqayisədə 6 faiz artaraq, təxminən 1,8 milyona çatıb. Eyni dövrdə həyatını itirənlərin sayı isə, 12 faiz artıb.

ÜST-nin Avropa Regional Peyvənd üzrə müşaviri Siddhartha Datta qrip və Covid-19 peyvəndinin eyni vaxtda tətbiqi ilə bağlı müzakirələrə son qoydu.

Datta mediyaya verdiyi açıqlamasında qrip və koronavirus peyvəndinin birlikdə vurula biləcəyini ifadə edərək, bildirib ki, –

“Hər kəs hər iki peyvəndi birlikdə ala bilər. Hər iki peyvəndin effektivliyində azalma yoxdur”.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »