“İndiana Cons 5” filminin aktyoru Nic Cupac otel otağında ölü tapılıb

0

Bütün dünya Rust filminin çəkiliş meydançasında baş verən faciədən danışarkən, daha bir filmin çəkiliş meydançasından üzücü xəbər gəldi.

“İndiana Cons 5” filminin çəkiliş meydançasında Harrison Fordun zədələnməsindən sonra, çəkilişlərin davam etdiyi Mərakeşdə çəkiliş heyətinin üzvü Nic Cupacın öldüyü xəbəri açıqlanıb. Bildirilib ki, bir müddət əvvəl yaralanan Harrison Fordun səhhəti də pisdir.

Məşhur aktyor Alek Bolduinin çəkiliş meydançasında bir nəfərin ölümünə səbəb olan şokundan sonra, kino dünyasından daha bir bəd xəbər gəldi.

54 yaşlı Nik Kupak Mərakeşdə çəkilən “İndiana Cons 5” filminin çəkiliş meydançasında dünyasını dəyişib.

OTEL OTAQINDA ÖLÜ TAPILIb

Sun-un xəbərinə görə, “Indiana Jones 5”-in 100 nəfərlik heyəti arasında olan Nic Cupac Mərakeşdəki otel otağında ölü tapılıb.

Nikin ölüm səbəbi hələ açıqlanmayıb və onun təbii səbəblərdən öldüyü ehtimal edilir. Nikin ölümünün filmin tempinə mənfi təsir etdiyi bildirilib.

Nic Cupac əvvəllər dünya rekordları qıran Jurassic Park, Disney’s Cruella, Bridget Jones’s Baby, X-Men və The Da Vinci Code kimi filmlərin montajı ilə məşğul olub.

Medyaradara görə; Cupac 2023-cü ildə ekranlara çıxacaq Harrison Fordun baş rolda oynadığı filmin montaj qrupunun rəhbəri idi.

HARRISON FORDUN SAĞLAMLIĞI DA PİSDİR

Baş rol ifaçısı Harrison Fordun çiynindən aldığı zədə səbəbindən çəkiliş meydançasında çəkilişlər əvvəllər dayandırılmışdı.

Harrison Fordun səhhəti ilə bağlı brifinqdə bildirilib ki, – “İlkin gecikmələrdən sonra, hamı işi başlanmasını səbirsizliklə gözləyirdi. Amma, indi Harrison yaralanıb və onun vəziyyəti gözləniləndən də pisdir” deyib.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »