Zelenski bütün yolları açıq qoydu – Ukrayna dərhal atəşkəs tələb edir

Ukrayna Prezidenti münaqişəyə son qoyacaq istənilən formatı qəbul etməyə hazır olduqlarını bəyan edib.

Musavat.com xəbər verir ki, Prezident Volodimir Zelenski ölkəsinin sülhə doğru atılan bütün təşəbbüslərə açıq olduğunu bildirib. O qeyd edib ki, Ukrayna heç bir formatı istisna etmir – əsas şərt atəşkəsin təmin olunması və davamlı sülhün qurulmasıdır.

Zelenskinin sözlərinə görə, rəsmi Kiyev dərhal, tam və qeyd-şərtsiz atəşkəsin həyata keçirilməsini tələb edir: “Biz real sülhə gedən yolda irəliləməyə hazırıq və bu yolda heç bir varianta qapalı deyilik”.

Ukrayna rəhbərliyinin bu bəyanatı davam edən döyüşlərin fonunda yeni diplomatik mərhələnin başlaya biləcəyini göstərir.

Comments are closed.

Tərcümə »