İran Rusiyanı nüvə sazişinə ortaq görmək istəyir – “Əlaqələr tarixdə ən yüksək səviyyədədir”

İran nüvə proqramı ilə bağlı danışıqlarda Rusiyanın roluna böyük önəm verir.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Rusiyanın mümkün nüvə razılaşmalarında iştirakına ümid etdiklərini bildirib. Onun sözlərinə görə, Tehran Moskvanın bu prosesdə aktiv tərəf olmasını vacib sayır.

Araqçi vurğulayıb ki, İranla Rusiya arasında münasibətlər heç vaxt indiki qədər yüksək səviyyədə olmayıb. Bu sözləri o, ölkələr arasındakı tarixi əməkdaşlıq fonunda deyib və iki tərəfli siyasi, iqtisadi və hərbi əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Ekspertlər bu açıqlamanı İranın Qərbə qarşı diplomatik mövqeyini möhkəmləndirmək cəhdi kimi qiymətləndirirlər.

Comments are closed.

Tərcümə »