Ermənistan Azərbaycanla sərhədin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.
“Biz Azərbaycan tərəfinə prosesin davam etdirilməsi ilə bağlı məntiq və konkret istiqamətləri əhatə edən yazılı təkliflər təqdim etmişik. Hazırda onların cavabını gözləyirik”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, təkliflər həm delimitasiya yanaşmalarını, həm də işlərin davam etdirilməsi təklif olunan konkret sahələri əhatə edir. İlkin razılaşmaya əsasən, tərəflər şimaldan cənuba doğru – Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından başlayaraq İranla sərhədə doğru hərəkət etməyi planlaşdırırlar. Ermənistan tərəfi növbəti mərhələnin hansı sahədə başlana biləcəyini göstərib.
Comments are closed.