Aprelin 15-də Livan ordusunun xüsusi təyinatlıları ölkənin cənubunda yerləşən Sayd şəhərində əməliyyat keçirərək Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyinin iki üzvünü saxlayıb.
Musavat.com xəbər verir ki, məlumatı “Janoubia” xəbər portalı saxlanılanların adlarını qeyd etmədən yayıb.
Bildirilir ki, bu, Livanın cənubundan İsrailə qarşı silahlı hücumlara görə fələstinlilərin həbsi ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl Livan Silahlı Qüvvələrinin komandanlığı Fələstin cəbhələrinin Bekaa vadisində və Suriya ilə sərhəddə yerləşən 6 hərbi bazasını bağlayıb, orada yerləşən texnika və sursatlar müsadirə edilib.
Aprelin 4-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin Sayda hücumu nəticəsində Livanın cənubunda HƏMAS qüvvələrinin komandiri Həsən Fərhat öldürülüb.
2 yanvar 2024-cü ildə Beyrutun cənub kənarında HƏMAS Siyasi Bürosunun sədr müavini Saleh əl-Aruri İsrailin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb.
Comments are closed.