Tezliklə Ukrayna məsələsi ilə bağlı çox yaxşı təkliflər olacaq – Tramp

ABŞ prezidenti Donald Tramp tezliklə Ukrayna böhranının nizamlanması istiqamətində “çox yaxşı təkliflər” gözləyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə El Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə deyib.

O, yenə Ukraynada insanların ölməsinin dəhşətli olduğunu vurğulayıb: “Və mənim edə biləcəyim tək şey bunu dayandırmağa çalışmaqdır. Mənim etmək istədiyim tək şey budur. İnsanların ölməsini dayandırmaq istəyirəm. Və düşünürəm ki, biz bu sahədə ciddi uğur əldə etdik. Düşünürəm ki, tezliklə sizə çox yaxşı təkliflər gələcək”.

Comments are closed.

Tərcümə »